Haqqımızda Reklam
14 
Fev
2020
20:47
18
7
3485

Marneulidə qaçırılmış qızın işi üzrə hadisə böyüyür - İşə Ombdusman qarışdı (FOTO)

"Marneuli kimi bir yerdə məktəbli bir qızı zorla qaçırmaq bu, başqa qızların da təhsil almalarına ciddi problemlər yarada bilər". 24News.ge xəbər verir ki, bu fikirləri Xalq Müdafiəçisi (Ombudsman) Nino Lomcaria bu gün axşam saatlarında Marneulidə 17 yaşlı qızın qaçırılmasına münasibət bildirərkən söyləyib. Ombudsman sözügedən hadisədən sonra Marneuliyə gəlib. O burada qaçırılmış qızın ailəsi ilə görüşüb və Marneuli polis idarəsinin rəisi ilə görüşərək detallar barədə məlumat alıb. N.Lomcaria hüquq-mühafizə orqanlarını faktla bağlı araşdırmanı sürətləndirməyə çağırıb. Məlumat üçün xatırladaq ki, bu gün günün ikinci yarısında Marneuli rayonunun mərkəzində bir neçə oğlan 17 yaşlı qızı zorla maşına mindirərək aparıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989