Haqqımızda Reklam
14 
Fev
2020
18:28
3
0
683

ABŞ Müdafiə naziri: "ABŞ Gürcüstana minnətdardır"

ABŞ Müdafiə naziri Mark Esper 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə keçirdiyi görüşü şərh edib. 24News.ge bildirir ki, Pentaqon rəhbəri özünün rəsmi "Twitter" səhifəsində yazıb ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və qlobal təhlükəsizliyə verdiyi çoxsaylı töhfələrə görə isə Gürcüstana minnətdardır. "Biz Gürcüstanın Baş naziri Zati-aliləri cənab Giorgi Qaxaria ilə sabitliyin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı ümumi öhdəlikləri müzakirə etdik. ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Qlobal təhlükəsizliyə verdiyi töhfələrə görə Gürcüstana minnətdarıq”,-deyə ABŞ Müdafiə naziri Mark Esper yazır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989