Haqqımızda Reklam
14 
Fev
2020
18:03
2
4
498

Baş nazir Pentaqon rəhbəri ilə görüşdü

Gürcüstanın baş naziri Giorgi Qaxaria 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın müdafiə naziri Mark Esperlə görüşüb. 24News.ge xəbər verir ki, görüşdə müdafiə sahəsində Gürcüstan-ABŞ əməkdaşlığının uğurla həyata keçirildiyi bildirilib. Tərəflər Gürcüstanda aparılan islahatlarda ABŞ-ın dəstəyinin əhəmiyyəti, regionda mövcud problemlər fonunda ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini vacibliyini qeyd ediblər. Görüşdə Gürcüstanın 2020-2030-cü illər üçün Müdafiə Qüvvələrinin inkişaf planı da müzakirə olunub. G.Qaxaria Gürcüstanın təhlükəsizlik sahəsində ABŞ-ın dəstəyinin əhəmiyyətini vurğulayıb. Bu kontekstdə Qara dənizdə təhlükəsizlik və NATO ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayırılıb. Tərəflər həmçinin hibrid təhlükələrə qarşı ABŞ-la əməkdaşlığın zəruriliyini də qeyd ediblər. ABŞ tərəfi Gürcüstanın beynəlxalq sülhməramlı missiyalarındakı əhəmiyyətli töhfəsini yüksək qiymətləndirib. Gürcüstan tərəfdən görüşdə xarici işlər naziri David Zalkaliani, müdafiə naziri İrakli Qaribaşvili və baş nazirin beynəlxalq münasibətlər üzrə müşaviri İrakli Çikovani də iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989