Haqqımızda Reklam
14 
Fev
2020
16:02
26
0
1453

Qızılhacılı kəndində Hz.Fatimənin təvəllüdü münasibətilə xanımlara gül və hədiyyələr paylanılıb (FOTO)

Bu gün Marneuli rayonunun Qızılhacılı kəndində Peyğəmbərimiz Hz.Məhəmməd (s) qızı Xanım Fatiməyi Zəhranın (s.ə) təvəllüdü münasibətilə məntəqənin ziyalı və işgüzar xanımlarına gül və hədiyyələr paylanılıb. 24News.ge xəbər verir ki, sözügedən təşəbbüs Qızılhacılı möminləri tərəfindən həyata keçirilib. Belə ki, Qızılhacılı kəndində yerləşən ictimai məktəblərə; təhsil ocaqlarına, uşaq bağçasına, tibb ocaqlarına və müəyyən ictimai məkanlarda çalışan xanımlarla görüş keçirilib və az yaşlı xanımların əli ilə onlara hədiyyələr təqdim olunub. Eyni zamanda kəndin ilahiyyatçısı məşhədi Fuad İsayev ictimaiyyət nümayəndələrinə Hz.Fatimənin ( s.ə) həyatı haqqında məlumat verib və məntəqədə göstərdikləri fəaliyyətlərindən dolayı onlara təşəkkür və işlərində uğurlar arzulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989