Haqqımızda Reklam
12 
Fev
2020
20:33
2
0
658

Gürcüstan benzin idxalını 23% azaldıb - Səbəb?

Bu ilin yanvar ayında Gürcüstanın yanacaq idxalı əvvəlki ilin analoji ayı ilə müqayisədə 4,7% və ya 3,7 min ton azalaraq 74,7 min ton təşkil edib. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında məlumat verilib. Yanvarda Gürcüstanın benzin idxalı əvvəlki illə müqayisədə 23% (9,7 min ton) azalaraq 42 min ton təşkil edib. Dizel idxalı isə əvvəlki illə müqayisədə 18% (5,9 min ton) artıb. Hesabat dövründə A-91 markalı benzinin idxalı 29,8 min ton (ümumi idxalda payı 70,9%), A-95 Premium markalı benzinin idxalı 12 min ton (28,5%), A-98 Super markalı benizinin idxalı isə 0,2 min ton (0,5%) təşkil edib. Ötən ay Gürcüstan Rusiyadan 23,2 min ton yanacaq idxal edib ki, bu da ümumi idxalın 31%-ni təşkil edib. Gürcüstanın yanacaq idxal etdiyi digər ölkələr isə Rumıniya (22,3 min ton və ya 29,8%), Türkmənistan (10,6 min ton və ya 14,1%), Bolqarıstan (8,5 min ton və ya 11,3%), Türkiyə (3,7 min ton və ya 4,9%) və Yunanıstan (3,6 min ton və ya 4,8%) olub. Yanvar ayında Gürcüstanda yanacaq idxalının digər aylarla müqayisədə azalması Yeni il bayramı, həmçinin çətin hava şəraiti ilə əlaqədar minik vasitələrindən daha az istifadə edilməsi ilə izah olunur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989