Haqqımızda Reklam
12 
Fev
2020
12:50
2
1
555

Mamuka Mdinaradze: "Gürcü Arzusu müxalifəti dialoqa dəvət edir

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası müxalifəti dialoqa dəvət edib. 24News.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib. O deyib ki, təmsil etdiyi partiya dialoq və konsensusa alternativ görmür: “Bütün məsuliyyətli siyasətçilər dialoqa daxil olmağa, deeskalasiya və konsensus üçün optimal yol axtarıb tapmağa razı olmalıdır. Bu həm ictimaiyyətin gözləntisi, həm də beynəlxalq tərəfdaşlarımızın tövsiyəsidir”. M.Mdinaradze qeyd edib ki, strateji tərəfdaşımız, həm müxalifəti, həm də bizi dialoqa çağıran və siyasi dialoqda vasitəçi rolunu oynamağa çalışan ABŞ səfirliyinə təşəkkür etmək istərdik. Qiqi Uqulavanın işinə gəldikdə, M.Mdinaradzenin sözlərinə görə, bu hal istisna deyil, “Gürcü Arzusu” hakimiyyət orqanlarının dövlət vəsaitlərinin mənimsənilməsində münasibəti kəskindir. "Rəqiblərimizin tənqidi onların siyasi gündəliyinin bir hissəsidir, başa düşüləndir və əgər Q.Uqulavanın bəzi hüquqlarının məhkəmədə pozulduğuna inansalar və bunu ədalətsiz bir hökm adlandırsalar, Strasburq məhkəməsinə verə bilərlər. Buna görə də, rəqiblərimizi məhkəmə prosesindən siyasi məqsədlər üçün istifadə etməyi dayandırmağa və dialoq prosesinə qayıtmağa çağırırıq",-deyə millət vəkili bildirib. Qeyd edək ki, müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri Qiqi Uqulavanın fevralın 10-da həbs olunmasından sonra ölkə müxalifəti hakim partiya ilə danışıqlardan imtina edib. Müxalifət Q.Uqulavanın həbsini siyasi təqib adlandırıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989