Haqqımızda Reklam
11 
Fev
2020
17:16
6
3
781

Marneulidə İqtisadiyyat Naziri hökümətin həyata keçirdiyi yeni layihənin təqdimatını etdi (FOTO)

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziriliyi tərəfindən həyata keçirilən "Biznes üçün 100 investisiya təklifi" layihəsi böyüyür və onun tərkibinə yeni komponent əlavə edilir . (Faydalı qazıntı yataqlarının lisenziyaların hərraca çıxarılması) 24News.ge xəbər verir ki, sözü gedən proektin təqdimatını İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Marneulidə bazalt yataxı yaxınlığındakı ərazidə edib. Sözü gedən proqram "Biznes üçün 100 təklif" layihəsinin genişləndirilməsi məsələsini hökümətin 6 fevralda keçirdiyi iclasında müzakirəyə çıxarılıb. Təklif sadəcə dövlət əmlakının özəlləşdirilməsini deyil, həmçinin proekt çərçivəsində faydalı qazıntı yataqlarının hərraca çıxarılmasını da nəzərdə tutur. Qeyd olunub ki, Gürcüstanın müxtəlif bölgələrində 100 faydalı qazıntı obyekti seçilərək hərraca çıxarılmaq üçün hazırlanır. Hansı ki, ümumi hərrac qiymet 82 milyon lari təşkil edir. Gözlənilən investisiya isə 120 milyon laridən artıq təşkil edəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989