Haqqımızda Reklam
11 
Fev
2020
10:30
1
5
499

Kaxa Kaladze və İrakli Kobaxidze Strasburqa gedirlər

Tbilisi meri Kaxa Kaladze və hakim partiyanın aparıcı simalarından biri olan İrakli Kobaxidze Strasburqa işgüzar səfər ediblər. 24News.ge xəbər verir ki, hakim "Gürcü Arzusu"nun aparıcı simaları Strasburqa səfər çərçivəsində Avropa Parlamentində bir sıra partiyalar və avroparlamentarlarla görüşlər həyata keçirəcəklər. Jurnalistlərə müsahibə verən Tbilisi meri Strasburqadaki görüşlər çərçivəsində Avroparlamentarlara Gürcüstanda həyata keçirilən islahatlar barədə məlumat veriləcəyini bildirib. İ.Kobaxidze və K.Kaladzenin başçılığı ilə həyata keçirilən üç günlük səfərdə Gürcüstan Parlamentinin deleqasiyası da iştirak edəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989