Haqqımızda Reklam
22 
Fev
2019
21:57
6
1
933

Marneuli rayonunun Xocerni kəndində GAK-sədri görüş keçirib

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Marneuli rayonunun ucqar dağlıq bölgəsində yerləşən Xocerni kəndində yaşayan Azərbaycanlılarla görüşüb. 24News.ge xəbər verir ki, görüş səmimi söhbət əsasında keçirilib. Xocerni kəndinin əhalisinin təqribən 25% Azərbaycanlılar, geridə qalan əhalisi isə ermənilərdən ibarətdir. Kənddə fəaliyyət göstərən məktəbin Azərbaycan bölümündə 9 şagird təhsil alır. Gürcüstan Azərbaycanlıları Konqresi həmin şagirdlərin ehtiyacı olduğu tədris ləvazimatlarını: dəftərlər,qələmlər,rəsm dəftərləri,rəngli rəsm qələmləri, 2qutu şahmat, oğlanlar üçün idman köynəkləri,ayaqqabılar və futbol topları, qızlar üçün voleybol topu və tenis komplekti hədiyyə ebib. Kənd əhalisi ilə görüşdə kəndin ziyalıları və ağsaqqalları kəndin əsas problemlərindən biri içməli su sisteminin olmadığını bildiriblər eyni zamanda kəndin xeyir işlərində və dəfn marasimlərində istifadə etmək üçün stol-stul və qab-qacağın olmadığınıda qeyd ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989