Haqqımızda Reklam
22 
Fev
2019
18:56
7
2
487

Rəsmi olmayan məlumata görə, Gürcü Arzusu partiyasının bir neçə üzvü çıxarılıb

Rəsmi olmayan məlumatlara görə, hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasının bir neçə üzvü çıxarılıb. 24News.ge xəbər verir ki, bu barədə İnterpressnews informasiyanı qeyri-rəsmi şəkildə təqdim etdiyini bildirib. Mövcud məlumata əsasən xaric olunanlar arasında Otar Çirdileli də var. Təsdiq olunmamış məlumata görə Çirdilelidən başqa xaric olunan deputatlar arasında Eka Beselia və onun həmfikirləri tərəfindən hazırlanan hakimlərin müddətsiz vəzifəyə təyininin dayandırılmasını nəzərdə tutan qanun lahiyəsinə səs verənlərdən bir neçəsi daha var. Qeyd olunan məlumatla bağlı hakim partiya tərəfindən hələ ki, rəsmi heç bir məlumat verilmir. Məlumat üçün qeyd edək ki, hal-hazırda Gürcü Arzusu partiyasının mərkəzi ofisində görüş keçirilir lakin görüşdən sonra mediyaya açıqlama verilib-verilməyəcəyi hələ ki, məlum deyil.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989