Haqqımızda Reklam
22 
Fev
2019
18:37
9
1
2111

Sürücülük vəsiqəsini dəyişmək istəyənlərə şad xəbər

C, D və E kateqoriyalı sürücülük vəsiqəsini dəyişmək istəyənlərin sayı çoxluğuna görə xidmətlər agentliyi bazar günü də işləyəcək. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin yaydığı məlumata görə, C, D və E kateqoriyalı sürücülük vəsiqəsini dəyişdirilməsi ilə bağlı müraciətlərin çox olduğuna görə xidmətlər agentliyi həftə sonuna qədər işləyəcək. Qeyd olunan qanun, fevral ayının 24-də başlayacaq və 09:30-dan 18:00-a xidmət fəaliyyət göstərəcək. Qeyd edək ki, 2014-cü ilin mart ayının 1-də verilən C,D və E kateqoriyalı sürücülük vəsiqəsi 2019-cu ilin 1 mart tarixində hüquqi qüvvəsini itirəcək. Bu dəyişiklik B kateqoriyasına və yaxud bu mərhələdə B kateqoriya vəsiqəsindən istifadə edən şəxslərə şamil olunmur. Mənbə: 1tv

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989