Haqqımızda Reklam
22 
Fev
2019
17:38
15
0
2024

Gürcü Arzusu parlamentdəki çoxluğu itirir - Deputatlar istefa edir

Mövcud iqtidar Gürcü Arzusu Partiyası parlamentdə çoxluğu itirir. 24News.ge yerli mətbuata istinadla xəbər verir ki, Gürcüstan Konstitusiyasına əsasən, çoxluq 113 deputatdan ibarət olmalıdır. Mövcud iqtidar Gürcü Arzusu Partiyasının hazırda qanunverici orqanda 115 deputatı var. Deputatlar Eka Beselia, Levan Qoqiçaşvili və Beka Natsvlişvili parlament çoxluğunu tərk etdikləri barədə bəyanatla çıxış ediblər. Deputat Gedevan Popxadzenin də çoxluqdan gedəcəyi gözlənilir. O, bununla bağlı fevralın 25-də açıqlama verəcək. Gürcü Arzusu Partiyasının parlamentdəki çoxluğunu itirməsini şərh edən vitse-spiker Tamar Çuqoşvili bunun faciə olmayacağını bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989