Haqqımızda Reklam
22 
Fev
2019
15:45
1
3
350

Levan İzoria - Nikol Paşinyanla görüşüb

24News.ge Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, görüş geniş tərkibli şəkildə baş tutub. Ermənistan baş naziri Nikol Paşinyan Gürcüstan müdafiyyə nazirliyi heyyətinin Ermınistana səfərini yüksək qiymətləndirərək iki tərəfli müxtəlif sahələrdəki əməkdaşlığı iki ölkə arasındakı qardaşlıq münasibəti kimi qiymətləndirib və bu əməkdaşlığın daha da genişlənməsinin vacibliyini bildirib. Nikol Paşinyan yanvar ayında baş nazir Mamuka Baxtadzeylə Bolnisidəki görüşü xatırladaraq vurğulayıb ki, iki ölkə arasındakı danışıqlar imkanı mümasibətlərimizin yeni mərhələyə qədəm qoymasına şərayit yaradır. Ermənistan baş nazirinin mətbuat xidmətinin məlumatına əsasən öz növbəsində Levan İzoria 2019 cu ildə Ermənistanla-Gürcüstan arasında imzalanacaq hərbi əməkdaşlıq razılaşmasına imza atılmasını qeyd edərək bildirib ki, Gürcüstan Ermənistanla əməkdaşlıq etməkdə maraqlıdır. Hər iki tərəf münaqişələrdən söz açaraq bildiriblər ki, bu münaqişələrin sülh yolu ilə həll edilməsi ilə yanaşı, regionda balanslı siyasətin aparılması vacibdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989