Haqqımızda Reklam
22 
Fev
2019
15:12
2
1
368

Mamuka Baxtadze: bütün partnyorlarımızdan işğalçı dövlətə qarşı layiqli addım atmalarını xahiş edirik

Mamuka Baxtadze bütün partnyorlarımızdan Otxozoria-Tatunaşvili siyahısını tanımaqlarını xahiş edirik. 24News.ge xəbər verir ki, bu haqda baş nazir Mamuka Baxtadze Muxatqverdi qardaşları qəbirsanlığında danışıb. “Bu gün Arçil Tatunaşvilinin qəddarlıqla öldürülməsindən bir il ötür. Bir il əvvəl işğalçı qüvvələr daha bir vətəndaşımızı qurban etdilər. Qəddarcasına işgəncələr versələrdə ruhunu sındıra bilmədilər. Arçil Tatunaşvili Gürcüstanın qəhrəmanıdır. Həmçinin Gürcüstana belə bir oğul bəxş etdikləri üçün onun valideyinləri də qəhrəmandırlar. Biz məhz belə ağır cinayətlər səbəbindən Otxozoria-Tatunaşvili siyahısını təşkil etmişik. Bu siyahıda adları keçən şəxslər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər. Bu siyahı daha da genişlənəcəkdir. Hələ istintaq davam edir. Biz bütün partniyorlarımızdan bu siyahını qəbul etmələrini xahişedirik və düşünürəm ki, bu sahədə 2019 cu il uğurlu il olacaq. Biz səsimizin hər yerə çatması üçün bütün platformalardan istifadə edirik. Əminəm ki, gürcü dövləti bu qəddar cinayətə lazımı qiymət verəcəkdir. Biz gələcəkdə belə cinayətlərin təkrarlanmaması üçün əlimizdən gələni etməyə çalışmalıyıq. Bu ağrı bütün Gürcüstanı birləşdirdi. Gürcü Dövləti Arçil kimi qəhrəmanların üzərində dayanıb deyə baş nazir bildirib. Mənbə 1TV

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989