Haqqımızda Reklam
22 
Fev
2019
07:30
4
2
499

LGBT fəalları Tbilisidə parad keçirməyə, ultra sağlar isə onu dağıtmağa hazırlaşır

Təşkilatçılar bildirirlər ki, 18-23 iyunda Tbilisidə LGBT-prayd həftəsi keçiriləcək 24News.ge xəbər verir ki, Tədbirin təşəbbüskarı “Tbilisi-prayd” təşkilatıdır. Keçiriləcək tədbiri çoxları narazılıqla qarşılayıb – ultra-sağçılar Tbilisidə kimsəyə gey-parat keçirməyə imkan verməyəcəklərini vəd ediblər. “Biz gizlənmək niyyətində deyilik, çünki belə yaşamaq artıq dözülməzdir” Prayd təşkilatçılarının yazdıqlarına görə, iyunun 18-dən 23-ə qədər Tbilisidə dörd tədbir planlaşdırılıb: 1) Sosial teatr Frans Kafkanın “Çevrilmə” əsərini təqdim edəcək. 2) Gürcüstanda LGBT birliyinin vəziyyətinə və hakimiyyətin bu sahədə siyasətinə həsr olunmuş beynəlxalq konfrans. 3) 23 iyunda “Ləyaqət marşı” keçiriləcək və bu, “bayram və karnaval forması daşımayacaq, çünki biz hazırda bayram hayında deyilik”, – təşkilatın bəyanatında deyilir. 4) Həftənin bağlanışı olan qapalı prayd-parti. Tədbirin təşkilatçısı, LGBT fəalı Giorgi Tabaqari bildirib ki, onlar tədbirin keçirilməsi ilə bağlı riskləri çox gözəl anlayırlar: “Bizim tədbirlərimiz sülh və bərabərliyə çağırışa istiqamətlənib. Bu, cəmiyyəti qıcıqlandırmaq və ya qəzəbləndirmək cəhdi deyil”. “Prayd Tbilisi” təşkilatçıları prayd zamanı təhlükəsizliyə görə bütün məsuliyyəti hüquq-mühafizə orqanlarının və hakimiyyətin üzərinə qoyur: “Təhlükəsizliyə görə dövlət, DİN və digər orqanlar məsuliyyət daşıyır. Öz tərəfimizdən biz insanlarda cari tədbirlər haqda məlumat olsun deyə hər şeyi edirik”, – Giorgi Tabaqari “Tabula” nəşrinə müsahibəsində bildirib. Ultra-millətçilərin cavabı: “əxlaqsızlıq təbliğatına imkan verməyəcəyik” Prayda hazırlıqlar haqda məlumat yayılandan dərhal sonra ultra-sağçılar bəyanatla çıxış edib və bildiriblər ki, Gürcüstanda “gey-parad” keçirilıməsinə imkan verməyəcəklər. “Gürcü marşı” təşkilatının lideri Sandro Breqadze LGBT fəallarına müraciət edərək onları “gey təbliğatından” çəkinməyə çağırıb. “Biz dəfələrlə Gürcüstan hakimiyyətini, Soros fondunu, gey təşkilatlarını provokasiyadan və əxlaqsızlığın təbliğatından çəkinməyə çağırmışıq ki, onlar gürcü cəmiyyətinə öz əxlaqsız ideya və ideallarını sırımasınlar”. Onun sözlərinə görə, əgər polis parad iştirakçılarını müdafiə etsə, “əcdadları satqınların haqqından gəldiyi kimi” “marş” iştirakçıları da onların haqqından gələcək. DİN-dən Azadlıq Radiosuna bildirilib ki, prayd təşkilatçıları rəsmi məktubla quruma müraciət etməyib, Breqadzenin bəyanatını isə daha sonra şərh edəcəklərinə söz veriblər. Mənbə: Jamnews

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989