Haqqımızda Reklam
21 
Fev
2019
19:42
5
4
691

Marneulinin Ulaşlı kəndində yerli sakinin ferması yanıb (FOTO)

Marneulinin Ulaşlı kəndində baş verən yanğın nəticəsində yerli sakinin ferması yanıb. 24News.ge Rustavi2 televiziyasına istinadən xəbər verir ki, ferma sahibi fermanın yandırılmasında Gürcü Arzusunun tərəfdaşını günahlandırıb. Ferma sahibinin sözlərinə görə zərər böyükdür. O, fermanın yanmasında Gürcü Arzusunun aktivistini günahlandırır. Yanğın baş verəndən biraz sonra ərazidə yanğın söndürən briqadaları və ekspert kriminalistlər işləyiblər. “Mən evdə idim və dedilər ki, ferman yanır. Qaçaraq gəldim ki, bədbəxt hadisə artıq baş verib. Ferma tamamilə yandı içəridə inəklərə də atəş düşmüşdü güclə söndürdüm. Mən buraya gələndə burada bələdiyyə işçisi Coşqun Zeynalovun atası arxın ikinci tərəfində ota od salırdı. Məni görəndə maşına oturdu və qaçdı. Bu nə bədbəxtlikdir bu ailə kimlə hesablaşır,“ - deyə ferma sahibi qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989