Haqqımızda Reklam
21 
Fev
2019
13:35
0
3
1546

Tbilisidə qardaş qardaşı öldürüb

Tbilisi polis departamentinin əməkdaşları operativ əməliyyat axtarışı nəticəsində 1975-ci il təvəllüdlü D.C adlı şəxsi ağır cinayət törətmək və öz doğma qardaşını öldürmək ittihamı ilə həbs edib. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Nazirliyin məlumatına görə, aparılan istintaq nəticəsində məlum olub ki, cinayətkar öz qardaşı M.Ç ilə evlərində mübahisə zamanı soyuq silah ilə onu ağır şəkildə yaralayıb və o hadisə yerindəcə keçinib. İstintaq CM 109-cu maddəsinin 2-ci hissəsinin 3-cü yarımbəndi və 236-cı maddənin 3-cü və 4-cü hissələrinə əsasən aparılır. Qeyd olunan cinayət maddəsi, cinayət törədən şəxsi 13 ildən 17 ilə dək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Deyə bildirilib DİN-in məlumatında

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989