Haqqımızda Reklam
21 
Fev
2019
12:16
13
2
1388

Benzin və dizelin qiyməti ucuzlaşıb

Gürcüstanda son günlər avtomobil yanacağının qiyməti ucuzlaşıb. 24News.ge-nin xəbərinə görə, brend yanacaq doldurma məntəqələrində yanacağın qiyməti aşağı düşüb. Aparılan araşdırmalara görə, “Gulf” şəbəkəsində evro reqular benzinin qiyməti 2.35 laridən 2.29 lariyə qədər bu gün isə 2.26 lariyə qədər ucuzlaşıb. “Lukoil” şəbəkəsində reqular markalı benzinin qiyməti 2.35 laridən 2.30 lariyə qədər ucuzlaşıb eləcədə 3 qəpiyə qədər isə evro dizel və evro superin qiymətində ucuzlaşma müşahidə olunub. 6-7 qəpiyə qədər isə avtomobil yanacağı “Visol” şəbəkəsində ucuzlaşdığı qeydə alınıb. Belə ki, evro requların qiyməti 2.42 lari, eko superin qiyməti 2.58 lari, eko dizel isə 2.59 lari olub. 6 qəpiyə qədər isə bir neçə tip yanacaq “Socar Georgia petrolium” şəbəkəsində ucuzlaşıb. Nano evro requların qiyməti 2.32 lari, nano premium 2.42 lari və nano super isə 2.52 lari olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989