Haqqımızda Reklam
21 
Fev
2019
07:35
4
2
465

Zonal və saatlı parkinq sistemi nəyi nəzərdə tutur?

Şəhərdəki tıxac problemini həll etmək məqsədi ilə Tbilisi meriyası şəhərin nəqliyyat planının necə olmasını müzakirə edəcək. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Tbilisi meriyası yayıb. Bildirilir ki, Gürcüstanda nəqliyyat vasitələrinin sayı hər il 8%-artır. Bu gün ölkədə 1200000 avtomobil var. Təkcə 2018 ci ildə 52308 nəqliyyat vasitəsi qeydiyyatdan keçib. Avtoparkın yarısı 20 ildən yuxarıdır. Tbilisidə isə avtomobil sayı ümumi ölkə göstəricisinin 36% təşkil edir. Tbilisi meriyasının hesablamalarına görə şəhərin tıxac problemini şəhəri ərazi vahidlərinə bölərək parkinq sisteminə ödəniş tətbiq edilməsi həll edəcəkdir. Məsələn əyər sürücü şəhərin mərkəzinə gedirsə və maşınını daxil olduğu tikiliyə yaxın dayandırmaq istəyirsə parkinq üçün saatla ödəniş etməli olacaq. Sürücünün başqa alternativi də olacaqdır. Məsələn o, maşınını şəhərin ödənişsiz parkinq hissəsində saxlayaraq ictimayi nəqliyyat vasitəsi ilə istədiyi mərkəz yerinə getməli olacaq. Parkinqin yeni icbari qaydası 2019 cu ilin yanvarından qüvvəyə minib. Şəhərin yeni parkinq sisteminin necəliyini və qiymət standartının necə olacağı haqqında planı meriya ətraflı şəkildə yaxın gələcəkdə təqdim edəcəkdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989