Haqqımızda Reklam
28 
Yan
2020
14:16
2
0
688

Tamar Ogbaidze: "Koronavirusun yayılma tempi dəyişdi, indi Gürcüstanda risk altındadır"

"Son iki gündə koronavirusun yayılma sürəti dəyişdi, indi bizdə risk zonasındayıq". 24News.ge xəbər verir ki, bunu Aversi Klinikasının uşaq şöbəsinin müdiri Tamar Ogbaidze koronavirusla bağlı keçirdiyi mətbuat konfransında bildirib. O, sözügedən virusun Çində və dünyada yoluxmuş insanların sayının əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. "Yanvarın 27-nə olan məlumata görə, bu virusa dücar olmuş xəstələrin sayı 2798 nəfərə çatıb. Onların əksəriyyəti Çində - 2741 nəfər təşkil edib və ölümcül halların sayı artıb. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən məlumatdır",-deyə T.Ogbaidze bildirib. Onun sözlərinə görə, əgər bir neçə gün əvvəl koronavirus Çin və ona yaxın olan bölgələrdə risk daşıyırdısa, artıq bu qlobal bir riskə çevirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989