Haqqımızda Reklam
28 
Yan
2020
13:01
0
0
315

Polis Tbilisi Aeroportu və Qırmızı Körpü sərhəd keçid məntəqəsində bəyan olunmamış qızıl-zinyət əşyalarını müsadirə edib

Tbilisi Aeroportunda və Qırmızı Körpü gömrük keçid məntəqəsi xəttində Malliyyə Nazirliyinin gömrük xidmətinin əməkdaşları xarici ölkə vətəndaşlarının barmaqlarında külli miqdarda bəyan edilməmiş qızıl-zinyət əşyası ələ keçirib. 24News.ge xəbər verir ki, müasadirə edilmiş qızıl ümumilikdə 319 qramdan artıq təşkil edib. Onun dəyəri isə 45 min laridən artıq olub. Hansı ölkə vətəndaşı olduqlarını gizli saxlayan nazirliyin məlumatında bildirilib ki, qanunu pozmuş şəxslərdən biri barəsində Gürcüstan gömrük kodeksinin 168-cı maddəsinin birinci bəndi əsasında tədbir görülərək, 17 067 lari dəyərində cərimə tətbiq edilib. Qanun pozuntusuna yol vermiş digər vətəndaşın isə işi araşdırılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989