Haqqımızda Reklam
28 
Yan
2020
12:00
2
2
455

Müxalif liderdən qorxunc açıqlama - ABŞ Gürcüstana sanksiya tətbiq edə bilər

Müxalif "Vahid Milli Hərəkat" partiyasının lideri Qriqol Vaşadze "Palitranews" telekanalının "360 dərəcə" verlişində qonaq olarkən son zamanlar ölkədə baş verən məsələlər barədə danışıb. 24News.ge xəbər verir ki, müxalif lider deyib ki, ABŞ tərəfindən qarşıdakı günlərdə də Gürcüstan hakimiyyəti barədə sərt bəyanatlar verilə bilər. "ABŞ senatının üzvü Rocer Rikerin bəynatı sonuncu nöqtə olaraq hesab edilə bilər. Ancaq, 'Gürcü Arzusu' tezliklə üçüncü dalğanı da görəcəy. Bu onların sadəcə dinləyəcəyi bəyanatlar olmayacaq. Sərt sanksiyalar, bəyanatlar və normal seçkilər keçirmək tələbi ilə bəyanatlar olacaq",-deyə Q.Vaşadze deyib. O, qeyd edib ki, artıq Birləşmiş Ştatların səbri tükənib və mütləq tədbirlər həyata keçirəcək. Q.Vaşadze hakim partiya nümayəndələrinin konqressmenlərin dəqiq məlumat sahibi olmadıqları üçün bu cür bəyanatlar verdikləri barədə fikirlərinə də cavab bildirib: "Bu sərsəmlik də bizim startejik tərəfdaşımız olan ABŞ-a qarşı daha bir təhqirdir".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989