Haqqımızda Reklam
28 
Yan
2020
11:34
0
1
257

Natia Turnava: "Heç bir hökumət dəyişikliyini qəbul etmirəm, çox yaxşı işləyirik"

İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava hökumətin mümkün dəyişiklikləri barədə məlumatların doğru olmadığını söylədi. 24News.ge-nin verdiyi xəbərə görə, nazir bildirib ki, hökumət rahat şəkildə işləyir və mümkün dəyişikliklər barədə məlumat yaymaq qara piarın tərkib hissəsidir. “Mən heç bir hökumət dəyişikliyini dəstəkləmirəm. Bu, aparılan bir qara piardır. Biz çox yaxşı şəkildə fəaliyyət göstəririk hələ görəcəyimiz çox iş var və bu söz-söhbətlərdən məmnun deyilik",-deyə N.Turvana vurğulayıb. Məlumat üçün qeyd edək ki, baş nazirin istefa edəcəyi və hökumətdə kadr dəyişikliklərinin baş verəcəyi barədə yerli mətbuatda bir sıra xəbərlər yayılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989