Haqqımızda Reklam
28 
Yan
2020
11:12
1
2
479

Nazir: "Çindən birbaşa uçuşları müvəqqəti olaraq dayandırmalı olacağıq"

"Çindən birbaşa uçuşlar müvəqqəti olaraq dayandırılacaq. Gürcüstan az təhlükəli zona sayılsa da, dinç olmaq üçün bu qərar vacibdir". 24News.ge bildirir ki, bunu iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava söyləyib. "İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi və digər qurumlar vahid koordinasiya qrupuna cəlb olunur və lazımi profilaktik tədbirlərin görülməsi üçün hər şey edilir. Çindən gələcək səyahətçilərin müayinəsi aparılır və biz buna diqqət edirik, zənnimcə Çindən birbaşa uçuşları dayandırmalı olacağıq. Çaxnaşma üçün heç bir səbəb yoxdur və Gürcüstan hələ də daha az təhdid zonası hesab olunsa da, düşünürük ki, bu qərar daha rahat olmamız üçün zəruri olacaq",-deyə N.Turnava bildirib. Qeyd edək ki, Çində hər gün daha da gərginləşir, koronavirusa yoluxanların sayı 4515 ölənlərin sayı isə 106 nəfər olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989