Haqqımızda Reklam
20 
Fev
2019
15:31
6
5
2458

Nəqliyyat qəzası törətməyən sürücülərə şad xəbər

Nəqliyyat qəzası törətməyən sürücülər güzəştlərdən istifadə edəcəklər 24News.ge xəbər verir ki, İl ərzində bir neçə avtomobil qəzası törədən sürücülər üçün üçüncü şəxsin sığortasını almaq kifayət qədər baha başa gələcəkdir. Bu haqqda sığorta nəzarəti xidmətinin rəhbərinin birinci müavini İrakli Tutaraşvili bildirib. Onun sözlərinə görə vətəndaş cavabdehliyinə dair məcburi sığorta haqqında qanun dövrəyə girəndən üç il sonra “Bonus-Malus“ sisteminin qüvvəyə minməsini nəzərdə tutur. “Bu o, deməkdir ki, əyər sürücü bir neçə il müddətində nəqliyyat hadisəsi törətməsə, nəqliyyat hadisəsi törədən sürücüdən daha az sığorta qiyməti ödəyəcəkdir. Bildiyiniz kimi qanun lahiyəsində sığorta qiymətinin yuxarı və aşağı həddi göstərilibdir və bu dəyişməyəcəkdir. “Bonus-Malus“ sisteminə əsasən isə tutaq ki, sığortanın illik qiyməti 100-150 lari təşkil edirsə qanuna tabe olan və qəza törətməyən sürücü 100 laridən daha az pul ödəyəcək. Qanuna tabe olmayan sürücü isə mümkündür ki, sığorta üçün 150-Laridən daha çox məbləğ ödəməli olsun“, - deyə Tutaraşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989