Haqqımızda Reklam
20 
Fev
2019
14:08
19
0
1245

Bu il Marneulidə 2 orta məktəb inşa ediləcək

2019 cu ildə ölkə miqyasında 21 bələdiyyədə 29 yeni orta məktəb inşa ediləcək. 24News.ge xəbər verir ki, Munisipal inkişaf fondu 11 məktəbin inşasına dair tenderi artıq başladıb. Müəssisədən verilən məlumata əsasən bu il başladılan məktəblərin inşasının müəyyən hissəsi 2020 ci ildə başa çatacaqdır. Siyahıda Kvemo Kartlidən üç məktəb var. Bunlardan ikisi Marneuli bələdiyyəsinin payına düşür. Bunlar: Marneuli bələdiyyəsinin Zopi kənd orta məktəbi (tender elan olunubdur); Marneuli bələdiyyəsinin 2 saylı şulaveri orta məktəbi. Munisipal İnkişaf Fondu 2019-2020 ci illərdə Avropa Birliyi Bankının (CEB) və Skandinaviya Ətraf mühit maliyyə koorporasiyasının (NEFCO) maliyyə dəstəyi ilə 34 məktəbin reabilitasiyasını və enerji efgektivliyinin gücləndirilməsini də planlaşdırır. Bunun üçün büdcədə 50 milyon lari nəzərdə tutulubdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989