Haqqımızda Reklam
19 
Fev
2019
19:53
0
3
430

Samtrediyada qaz partlayışı nəticəsində yaşayış evi tamamilə dağılıb

Samtrediya bələdiyyəsinin Tolebi kəndində qz partlayışı nəticəsində yaşayış evi tamamilə dağılıb. 24News.ge xəbər verir ki, təbii qaz kütləsinin yığılması nəticəsində yaşayış evi partlayaraq tamamilə dağılıb. Hadisə nəticəsində 68 yaşlı kişi yuxarı bədən hissələrinin yanığı xəsarəti ilə Samtrediyanın Geo Hospital xəstəxanasına yerləşdirilib. Yerli əhalinin sözlərinə görə, partlayışın səsi 1 km məsafədən eşidilib. Hadisə yerinə yanğın söndürmə-xilasedici briqadaları, polis və SOCAR qazın yerli nümayəndəliyi cəlb olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989