Haqqımızda Reklam
15 
Nybr
2026
12:29
2
0
117

İran parlamentinin sədri: “Ölkəmiz artıq nə müharibə, nə də sülh vəziyyətində qalacaq”

"İran “nə müharibə, nə də sülh” vəziyyətində qalmağa davam etməyəcək". 24News.ge xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib. Qalibafın sözlərinə görə, Tehran üçün Vaşinqtonun danışıqlar aparmaq, yoxsa müharibə etmək istəməsinin fərqi yoxdur. Lakin ABŞ İranın irəli sürdüyü 7 şərti qəbul edərsə, razılaşma əldə olunması üçün imkan yaranacaq. “Əgər amerikalılar bu dəfə də səhvə yol versələr, mübarizənin coğrafiyasını silahlı qüvvələrimizin imkanları və iradəsi müəyyən edəcək”, – deyə Qalibaf bildirib. O, həmçinin müharibə dövründə yeraltı raket şəhərinin təqdim edilməsini mühüm nailiyyət kimi qiymətləndirib və bunun regionda strateji güc balansının dəyişməsinin göstəricisi olduğunu qeyd edib.

www.24news.ge