Haqqımızda Reklam
23 
Yan
2020
17:35
1
1
508

Giorgi Qaxaria: "Ölkəmizin 20%-i Rusiya tərəfindən işğal olunub və bu, vətəndaşlarımız üçün gündəlik problemdir"

"Çətinliklərlə dolu bir bölgədəyik və xəritəyə baxdıqda, ölkəmizin işğal məsələsinin aktual olduğunu özünüz görərsiniz". 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Giorgi Qaxariya, Davosda, Finlandiyanın Baş naziri, Avropa Komissiyasının vitse-prezidenti, iş adamları, o cümlədən Dünya İqtisadi Forumundakı Volvo Qrupunun İdarə Heyətinin sədri ilə birgə qatıldığı panel iclasda çıxışı zamanı söyləyib. Buradaki çıxışında hökumət başçısı Gürcüstan vətəndaşlarının işğal səbəbiylə qarşılaşdıqları gündəlik çətinliklərə toxunub: "Hamınız yaxşı bilirsiniz ki, ölkəmizin 20 faizi Rusiya tərəfindən işğal olunub. Bu, vətəndaşlarımız üçün gündəlik problemdir. Hər kəs bilir ki, Gürcüstan hökuməti yalnız münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, biz bununla bağlı tərəfdaşlarımıza söz vermişik. Mövcud vəziyyətdə olan hərəkətlərdən bəhs edərkən dostlarımız - ABŞ və Avropa Birliyi ilə strateji tərəfdaşlığı dərinləşdirmək bu çətinliklərlə dolu bir bölgədə yaşamağın yeganə yoludur".

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989