Haqqımızda Reklam
23 
Yan
2020
16:59
0
0
360

Salome Zurabişvili İsraildə Şimali Makedoniya prezident ilə bir araya gəlib

İsraildə səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili bu ölkədə qatıldığı konferans çərçivəsində bir sıra görüşlər həyata keçirir. 24News.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat verib. Bildirilib ki, İsraildə Gürcüstan dövlət başçısı Salome Zurabişvili Şimali Makedonyalı həmkarı Stevo Pendarovski ilə bir araya gəlib. Görüş zamanı prezidentlər ikitərəfli əlaqələri müzakirə ediblər. "Şimali Maledoniya prezidenti Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edərək, ölkənin Rusiya ilə olan əlaqələri barədə maraqlanıb. Gürcüstan ölkə başçısı Rusiya işğalı və işğal edilmiş bölgədəki ağır vəziyyət barədə həmkarını məlumatlandırıb",-deyə Prezident Administrasiyasının məlumatında qeyd olunub. Daha sora isə tərəflər Gürcüstanın Avro-Atlantik inteqrasiya məsələsi barədə də fikir mübadiləsi aparıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989