Haqqımızda Reklam
23 
Yan
2020
13:20
1
1
375

Millət vəkili: "Konqresmenlərin sərt tənqidinə Gürcü Arzusu qeyri-adekvat reaksiya göstərir"

" 'Gürcü Arzusu' ölkənin daxilində etdikləri bizim stratejik tərəfdaşlarımız və dostlarımızın diqqətindən kənar qalmır". 24News.ge xəbər verir ki, bunu müxalif "Avropalı Gürcüstan" partiyasının parlamentdəki deputatı İrakli Abesadze ABŞ-ın dörd nəfər konqresmeni tərəfindən baş nazir Giorgi Qaxariaya ünvanlanmış məktubu şərh edərkən bildirib. " 'Gürcü Arzusu'nun ölkə daxilində etdikləri, demokratik və proporsional seçkilər barədə verdiyi sözü geri çəkməsi, prokurorluğ və polisi istifadə etməklə siyasi rəqiblərə qarşı aparılan təqib bizim stratejik tərəfdaşlarımızın və dostlarımızın diqqətindən yayınmır. 'Gürcü Arzusu'nun bu kəskin tənqidə verdiyi cavab isə çox qeyi-adekvatdır. Bu proses ölkənin Avro-Atlantik inteqrasiya prosesi barədə gələcək planlarına çox zərər vurur",-deyə millət vəkili İ.Abesadze vurğulayıb. Qeyd edək ki, ABŞ senatının konqresmeni Adam Kinzinger də daxil olmaqla dörd nəfər konqresmen hökumət başçısı Giorgi Qaxariaya məktub göndəriblər. Konqresmnelər Gürcüstandaki siyasi hadisələrdən dərin narahatlıqlarını ifadə ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989