Haqqımızda Reklam
23 
Yan
2020
13:01
5
3
3588

Gürcüstan XƏBƏRDARLIQ etdi - Dünya tikan üstündədi, bu ölkədə öldürücü virus yayılıb

Çinin müxtəlif əyalətlərində koronavirusa yoluxanların sayı 571 nəfər təşkil edir. 24News.ge Report-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib. Qeyd edilir ki, onlardan 95-i ağır vəziyyətdədir. Virus Çin Xalq Respublikasının 25 əyalətində və mərkəzi şəhərlərində yayılıb. Son sutka ərzində 24 əyalətdə və şəhərdə 131 yeni yoluxma sayı və 8 ölüm hadisəsi qeydə alınıb. Ölənlərin hamısı 65 yaşdan qoca insanlardır. Ölkənin 13 əyalətində həmçinin koronavirusa yoluxma şübhəsi ilə 257 yeni hadisə qeydə alınıb. Daha əvvəl Çində koronavirusa 473 yoluxma və 17 ölüm hadisəsi barədə xəbər verilib. Qeyd edək ki, Gürcüstanda bu barədə ölkə vətəndaşlarına xəbərdarlıq edib. Çin Xalq Respublikasındakı Gürcüstan Səfirliyi vətəndaşlarını Uxan şəhərinə səfər etməkdən tərəddüd etməyə çağırır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989