Haqqımızda Reklam
23 
Yan
2020
12:40
4
1
561

Azərbaycan son 3 ildə Gürcüstandan avtomobil idxalını 5 dəfədən çox artırıb

2019-cu ildə Gürcüstandan Azərbaycana 24 314 ədəd minik avtomobili ixrac olunub. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsindən Report-a məlumat verilib. Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin dəyəri 248 769,9 min ABŞ dolları təşkil edib. 2018-ci illə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan minik avtomobillərinin sayı 11 269 ədəd, 2017-ci illə müqayisədə isə 19 759 ədəd çoxdur. Son üç ildə Azərbaycan Gürcüstandan aldığı avtomobillərin sayını 5,3 dəfə artırıb. 2019-cu ildə avtomobillər Gürcüstanın bir nömrəli ixrac məhsulu olub. Gürcüstan 686 747 min ABŞ dolları dəyərində minik avtomobili ixrac edib ki, bu da ümumi ixracda 18,2% təşkil edib. İllik müqayisədə Gürcüstanın avtomobil ixracında 68,2% artım qeydə alınıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989