Haqqımızda Reklam
23 
Yan
2020
07:15
3
2
1405

Havalar kəskin dəyişəcək - Xəbərdarlıq

Yanvarın 23-dən başlayaraq Gürcüstanda hava şəraiti kəskin dəyişəcək. 24News.ge xəbər verir ki, bununla bağlı Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi xüsusi xəbərdarlıq yayıb. Bildirilir ki, yanvarın 23-dən 25-dək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, dağətəyi və dağlıq bölgələrdə duman, çovğun olacaq və güclü külək əsəcək. Qara dəniz sahillərində 3-4 ballıq qasırğa gözlənilir. Güclü yağıntılar səbəbindən bölgələrdə torpaq sürüşməsi istisna edilmir. Yollar buz bağlayacaq, xüsusən Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralında avtomobillərin hərəkətində məhdudiyyətlər yaranacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989