Haqqımızda Reklam
22 
Yan
2020
18:40
12
1
353

Qrigol Vaşadze: "Gürcü Arzusu 2024-cü ilə deyil, oktyabr ayınadək necə qurtulacağını düşünməlidir"

"Bu gün Tbilisi meri Gürcüstana yeni hədiyyə verdi. Tbilisi meri bəyan etdi ki, proporsional sistemlə seçkilər 2024-cü ildə də keçirilməyəcək". 24News.ge xəbər verir ki, bunu müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Qrigol Vaşadze, birinci kanalın efirində yayımlanan "Azad baxış" (Tavisupali Xedva) verlişində Tbilisi meri və hakim "Gürcü Arzusu" partiyasının baş katibi Kaxa Kaladzenin səsləndirdiyi fikirlərə cavab olaraq deyib. "Həmişə onu gözləyirik ki, görək 'Gürcü Arzusu' bu dəfə nə sərsəmlik edəcək. Baxın bu gün Tbilisi meri (Kaxa Kaladze) Gürcüstana yeni hədiyyə verdi və bəyan etdi ki, proporsional seçkilər 2024-cü ildə də baş tutmayacaq. Daha gülməlisi odur ki, əhaliyə bu sözü verən Kaxa Kaladzenin 2024-cü ildə heç özü olmayacaq. Hər-kəs tam şəkildə əmin idi ki, 2024-cü il seçkiləri proporsional qaydada keçiriləcək. Kaladze və 'Gürcü Arzusu' indi o barədə düşünməlidirlər ki, 2024-cü ilə deyil, oktyabr ayınadək necə qurtulacaqlar",-deyə Q.Vaşadze vurğulayıb. Qeyd edək ki, birinci kanalın efirində yayımlanan "Azad baxış" proqramında qonaq olan Kaxa Kaladze ölkədə seçkilərin proporsional sistem ilə keçirilməsinə hazır olmadığını bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989