Haqqımızda Reklam
22 
Yan
2020
15:23
0
0
409

XİN rəhbəri: "Strateji tərəfdaşın hər hansı bir rəyi Gürcüstan hakimiyyəti üçün vacibdir"

"Vaşinqtonda yüksək vəzifəli şəxslərlə ediləcək görüşlər də konqresmenlərə Gürcüstanda baş verən proseslər barədə ətraflı məlumat vermək üçün yaxşı bir fürsət olacaq". 24News.ge xəbər verir ki, bunu xarici işlər naziri David Zalkaliani ABŞ Konqresinin dörd üzvünün Gürcüstanın Baş nazirinə məktub göndərməsini şərh edərkən deyib. XİN rəhbərinin sözlərinə görə, sözügedən məktubu şəxsən görmədim fəqət strateji tərəfdaşın hər hansı bir rəyi Gürcüstan hakimiyyəti üçün vacibdir: "Biz onların tövsiyələrinə və məsləhətlərinə çox diqqətlə yanaşırıq. Buna əsaslanaraq düşünürəm ki, bütün sualları cavablandırmaq lazımdır". Qeyd edək ki, ABŞ senatının konqresmeni Adam Kinzinger də daxil olmaqla dörd nəfər konqresmen hökumət başçısı Giorgi Qaxariaya məktub göndəriblər. Konqresmnelər Gürcüstandaki siyasi hadisələrdən dərin narahatlıqlarını ifadə ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989