Haqqımızda Reklam
22 
Yan
2020
15:02
6
1
903

Müxalif lider hakimiyyətə səsləndi: "Konqresmenlərin məktubu gizli qalmayacaq"

"Dörd nəfər konqresmen tərəfindən baş nazir Giorgi Qaxariaya göndərilən məktub gizli qalmayacaq. Bu, məktubu elə Amerika tərəfinin özü ictimaiyyətlə bölüşəcək". 24News.ge xəbər verir ki, bu barədə müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan David Bakradze ABŞ konqresmenlərinin baş nazir Giorgi Qaxariaya ünvanladıqları məktub haqda danışarkən söyləyib. "Bu məktubu gizlətmək ağılsızlıq və primitiv hərəkət olardı. Demokratik hakimiyyətlər bu cür davranmazlar və tənqidi məktubları gizlətməzlər, bunu sadəcə müflisləşmiş rejimlər edir",-deyə D.Bakradze bildirib. Qeyd edək ki, bu gün ABŞ senatının konqresmeni Adam Kinzinger də daxil olmaqla dörd nəfər konqresmen hökumət başçısı Giorgi Qaxariaya məktub göndəriblər. Konqresmnelər Gürcüstandaki siyasi hadisələrdən dərin narahatlıqlarını ifadə ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989