Haqqımızda Reklam
18 
Fev
2019
12:03
7
4
1402

Marneulidə yük avtomobili alışaraq yandı (FOTO-VİDEO)

Marneulidə qazdoldurma məntəqəsində yük avtomobili alışaraq yanıb. Şahidlərin verdiyi məlumata görə hadisə bu gün, səhər saat 9:00 radələrində baş verib. 24News.ge xəbər verir ki, partlayış nəticəsində yanacaqdoldurma məntəqəsinə ciddi zərər gəlməsədə yük avtomobili tamamilə yanıb. Verilən məlumata görə yük avtomobili, Keşəli kənd sakini Hümbət Əliyevə məxsusdur. Avtomobil sahibi bildirib ki, hadisə yük maşınını işə salan zaman baş verib partlayışın nədən baş verdiyini sürücü bilmədiyini deyib. Qeyd edək ki, partlayış nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə yanğınsöndürən briqadası və polis patrul xidmətinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989