Haqqımızda Reklam
17 
Fev
2019
20:13
7
7
1982

Lotu Qulinin 3 adamı tutuldu: polis basqını (VİDEO)

Ukraynanın Odessa şəhərində güc strukturlarının apardığı əməliyyat tədbirləri çərçivəsində qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) 3 adamı saxlanılıb. 24News.ge rus mətbuatına istinadən xəbər verir ki, onlar ötən ilin dekabrın 13-də iş adamı Nikolay D.-yə sui-qəsd təşkil etməkdə ittiham olunurlar. Boz rəngli Latviya seriyalı “Mersedes” markalı avtomobildə olan iş adamına yaxınlaşan 4 şəxs atəş açaraq, ona məxsus 700 min qrivna (təxminən 26 min dollar) və 23 min dollar pulunu əlindən alıblar. İnsident zamanı yaralanan biznesmen xəstəxanaya aparılıb. Onun özü də saxta pul saxlamaq, istehsal etmək və satmaqda ittiham olunur. Hüquq-mühafizə orqanı əməkdaşları biznesmenin evinə baxış keçirərkən 20 min dollar dəyərində olan saxta 100 dollarlar tapıblar. Həmin gün polis hadisə yerinin yaxınlığında iş adamına hücum edən şəxslərin avtomobilini tapıb. Aparılan istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Həmçinin kriminal dəstə üzvlərinin 8 məkanına basqın edilib. Oradan 2 ədəd avtomat, 1 ədəd səsboğucusu olan tapança, 2 ədəd vinçestr silahı, saiqa karbini, müxtəlif çaplı patronlar, kommunikasiya avadanlıqları və İsrail, Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Moldovaya aid 300-dən çox xarici pasport ələ keçirilib. Saxlanılan şəxslərin Nadir Səlifovun (Lotu Quli) klanının üzvləri olduğu bildirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989