Haqqımızda Reklam
17 
Fev
2019
19:19
7
0
1755

İsti yay havası kimi yaz gəlir — 20 fevrala olan hava proqnozu açıqlandı

Gürcüstanda 20 fevral tarixindən etibarən hava sürətlə isinməyə başlayacaq. 24News.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyinin Hidrometeoroloji Xidmətinin mətbuata verdiyi məlumata görə, 20 fevral tarixindən etibarən ölkədə hava istiliyi bir neçə dərəcə artacaq. Bildirilən məlumata görə, fevralın 19-a qədər ölkədə hava şəraiti yağışlı olacaq, Şərqi Gürcüstanın bəzi rayonlarında və dağlarda qar yağacağı gözlənilir: Bu gün, sabah və biri günə qədər külək paytaxt Tbilisi ilə yanaşı Gürcüstanın bütün rayonlarında əsəcək. Dağlıq ərazilərdə havanın temperaturu 3 - 8 dərəcə, gecə - 0 - +5 dərəcə isti olacaq. Eyni zamanda Şərqi Gürcüstanda isə külək daha şiddətli əsəcək. Fevralın 20-dən hava şəraiti yaxşılacaq nisbətən yüksək temperatur bir neçə günə qeyd ediləcək, lakin gecə saatlarında dağlıq ərazilərdə temperatur 0 dərəcə, yüksək dağlarda isə -5 dərəcə azalacaq , -Milli Ətraf Mühit Agentliyinin Hidrometeoroloji Xidmətindən bildiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989