Haqqımızda Reklam
15 
Yan
2020
08:22
5
1
610

Sədrdən ABŞ-a qarşı çağırış: Milyonluq yürüş...

İraq şiələrinin liderlərindən biri, "Mehdi ordusu"nun rəhbəri Müqtəda əs-Sədr ABŞ-ın ölkədəki varlığına və qanun pozuntularına etiraz olaraq 1 milyon insanın iştirakı ilə yürüş çağırışı edib. 24News.ge xəbər verir ki, çağırış mətni sosial şəbəkədə yayılıb. “Allahın əsgərləri, millətin əsgərləri, Amerika varlığına və qeyri-qanuni fəaliyyətinə etiraz olaraq 1 milyonluq yürüşə qatılın. İraqın torpağı, hava məkanı, suverenliyi işğalçılar tərəfindən qəsb edildi”, - deyə mətndə bildirilib. Etiraz yürüşünün tarixi ilə bağlı məlumat verilməyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989