Haqqımızda Reklam
15 
Yan
2020
08:20
2
2
748

Hindistan müharibəyə hazırlaşır? - 200 yeni qırıcı

Hindistan hökuməti ölkənin Hərbi Hava Qüvvələri üçün 200 yeni döyüş təyyarəsi almaq niyyətindədir. 24News.ge Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Müdafiə naziri Acay Kumar bəyan edib. Onun sözlərinə görə, “HAL Tejas” şirkətindən 83 hərbi təyyarənin sifarişini nəzərdə tutan müqavilə barədə danışıqlar artıq son mərhələdədir. Qeyd edək ki, hazırda Hindistan Hərbi Hava Qüvvələrinin sərəncamında Su-30MKI, Miraj-2000, MiQ-29, köhnəlmiş “Yaquar” və MiQ-21 Bisons döyüş təyyarələri var.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989