Haqqımızda Reklam
15 
Yan
2020
08:12
2
1
415

Haftarın tərəfdarları atəşkəs rejiminin sona çatdığını bildiriblər

24News.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın tərəfdarlarının cəmləşdiyi Nümayəndələr Palatasının nümayəndəsi Aqil Saleh ölkədə atəşin dayandırılması rejiminin sona çatdığını bildirib. "Bizim üçün barışıq bitdi, müharibə davam edəcək", - deyə Saleh yerli telekanallardan birinin efirində bildirib. Onun sözlərinə görə, Tobruk yanvarın 12-də Rusiya dövlətinin başçısı Vladimir Putinə hörmət etdiyinə görə gecə yarısından Liviyada barışığın tətbiqi haqqında təklifə müsbət reaksiya verib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989