Haqqımızda Reklam
13 
Yan
2020
17:08
6
1
622

2020-ci parlament seçkiləri üçün 50 milyon lariyə qədər vəsait xərclənəcək

Gürcüstanda bu il keçiriləcək parlament seçkilərinə 42,8 milyon lari vəsait ayrılacaq. 24News.ge xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası qərar qəbul edib. Vəsaitin böyük hissəsi - 19,5 milyon lari olmaqla əməkhaqqılarının ödənilməsinə sərf ediləcək. Seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq təlimlər üçün 1 061 000 lari, seçki subkeyktlərinin televizayada reklamı üçün isə 2 111 674 lari həcmində vəsait nəzərdə tutulub. Seçki subyektlərinin maliyyələşdirilməsinə 7 238 050 lari yönəldiləcək. Qeyd edək ki, Gürcüstanda qanunverici orqana seçkilər oktyabrda baş tutmalıdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989