Haqqımızda Reklam
11 
Fev
2019
17:29
2
1
306

ATƏT-in sədri ölkəmizdə səfərdədir (FOTO)

Gürcüstanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak fevralın 11-də Tbilisidə Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb. 24News.ge xəbərinə görə, görüşdə Gürcüstan ilə ATƏT arasında əlaqələrin inkişafı, regiondakı vəziyyət, münaqişələrin həlli istiqamətində ATƏT-in rolunun artırılması, münaqişə bölgələrindən olan məcburi köçkünlərin hüquqlarının müdafiəsi və digər məsələlər müzakirə olunub. Görüşdən sonra keçirilən brifinqdə D.Zalkaliani deyib ki, son 10 ildə beynəlxalq ictimaiyyət Gürcüstanın üzləşdiyi münaqişənin sülh yolu ilə həllinə böyük dəstək verib. “Yalnız beynəlxalq birliyin möhkəm və davamlı dəstəyi nəticəsində inkişafa və uzunmüddətli sabitliyə və sülhə nail ola bilərik”, – deyə diplomat vurğulayıb. Miroslan Layçaq qeyd edib ki, görüşdə bir sıra məsələlər, o cümlədən Gürcüstana dəstək məsələsi diqqət mərkəzində olub. O deyib: “Təşkilatımız “insanlar, dialoq və sabitlik” prinsiplərini əsas tutur və səylərimizi münaqişələrdən əziyyət çəkən insanların həyat tərzinin yaxşılaşmasına yönəldəcəyik”. Miroslan Layçaq daha sonra isə Baş nazir Mamuka Baxtadze ilə bir araya gelib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989