Haqqımızda Reklam
11 
Fev
2019
16:00
2
10
550

İrakli Kobaxidze: “Milli Hərəkat” başını qaldırmaq istəsə ictimaiyyət cavabını verəcək

İctimaiyyətə söz veririk ki, Vahid Milli Hərəkat partiyasının istənilən revanşına yol verməyəcəyik. 24News.ge-nin verdiyi xəbərə görə, bu sözləri jurnalistlərə parlamentin sədri İrakli Kobaxidze deyib. O, bildirib ki, “Milli Hərəkat” partiyası nə qədər başını qaldırmağa cəhd etsə ictimaiyyət layiqincə cavabını verəcək: “Əgər ictimaiyyətə dəstək lazım gəlsə, biz də öz səylərimizi əsirgəməyəcəyik. Belçikanın Liyej şəhərində isə buna ehtiyac duyulmadı. Əks təqdirdə, biz də yardım edə bilərik. Siyasi proseslərin düzgün olmayan şəkildə aparılmasının qarşısı alınmalıdır. İctimaiyyətə söz veririk, ‘Milli Hərəkatın’ istənilən revanşına yol verməyəcəyik. Bu vədimizi həmişə yerinə yetirmişik və yetirəcəyik”. –Deyə İ.Kobaxidze qeyd edib. Mənbə: 1tv

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989