Haqqımızda Reklam
11 
Fev
2019
11:16
8
0
1088

Bələdiyyələrə məxsus olan torpaq ərazilərini qanunsuz zəbt edənlərin nəzərinə - Açıqlama

Bələdiyyələrə məxsus olan torpaqların qanunsuz zəbt olunması və ya icazə almadan becərilməsi hallarına cərimə tətbiq olunacaq. 24News.ge xəbər verir ki, bu barədə məlumatı birinci kanal verib. Məlumatda bildirilir ki, müvafiq dəyişiklilərin inzibati xətalar məcəlləsinə daxil edilməsi məqsədi ilə, qanun lahiyəsi bu gün parlament bürosunun müsakirəsinə təqdim ediləcək. Qanun lahiyəsinin müəllifləri parlament çoxluğunun üzvləri: Zaza Qabunia, Giorgi Kaxiani,Merab Kvaraia və Koba Lursmanişvilidir. Qanun lahiyəsində deyilir ki, müvafiq qanun lahiyəsi Tbilisi bələdiyyəsinə şamil edilmir. Təşəbbüsə əsasən bələdiyyəyə məxsus olan torpaq ərazisinin qanunsuz zəbt olunması və icazəsiz becərilməsinə 1000 lari cərimə tətbiq ediləcəkdir. Eyni hal ikinci dəfə təkrar edilərsə cərimə iki qat artaraq 2000 lari təşkil edəcək. Qanunlahiyəsində həmçinin qeyd olunur ki, qanunu pozan şəxsin kimliyi məlum olmasa vəziyyətin aradan qaldırılması üçün müvafiq orqana bütün hüquqi ölçülərin götürülməsi hüququ verilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989