Haqqımızda Reklam
10 
Fev
2019
21:55
14
8
1653

Mixail Saakaşvili və tərəfdarları arasındakı görüş zamanı qalmaqal yaşanıb (VİDEO)

Belqiyada, Liej şəhərində keçirilən Mixail Saakaşvili və tərəfdarları arasındakı görüş qalmaqalla davam edir. 24News.ge xəbər verir ki, görüşün keçirildiyi zala imiqrantlarla-jurnalistlərin bir hissəsi buraxılmayıb. Bu səbəbdən qarşıdurma yaşanıb. Miqrantların sözlərinə görə qarşdurma zamanı onlara qarşı başa düşülməz maddə buraxıblar və bu səbəbdən onların halı pisləşib. Miqrantların sözlərinə görə onlara qarşı açılan maddə səbəbindən boğazları və gözləri acışıb. Təcilli tibbi yardımın müdaxiləsi qaçılmaz olub. Qeyd edək ki, Saakaşvili ilə görüşə onun tərəfdarları ilə yanaşı, Saakaşvili hakimiyyəti dövründə rejimdən əziyyət çəkmiş miqrantlarda gəliblər. Həmin görüşə buraxılmayan miqrantlar İmedi kanalının Kronika verilişinə bildiriblər ki, onların Mixail Saakaşviliyə suallarının olması səbəbinnən görüşə buraxılmayıblar. Həmin miqrantlar etiraz olaraq qapıya plakatlar asıblar. Miqrantların dediklərinə əsasən onlar məhz fərqli fikirli olduqları üçün zala buraxılmayıblar. Xatırladaq ki, görüş bu saatlarda da davam edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989