Haqqımızda Reklam
10 
Fev
2019
21:48
9
3
1087

İranlılar Gürcüstandan imtina edir: Kəskin azalma

Cari ilin yanvar ayından İrandan ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olunub. 24News.ge xəbər verir ki, 2019-cu ilin yanvar ayında İrandan ölkəyə gələn turistlərin sayı 2018-ci ilin yanvar ayı ilə müqayisədə 41 faiz azalıb. Keçən ilin yanvar ayında İrandan Gürcüstana 14 min 322 nəfər səfər etmişdisə, cari ilin yanvarında onların sayı 8 min 924 nəfər təşkil edib. Administrasiyanın məlumatında bildirilir ki, hesabat dövründə Azərbaycandan Gürcüstana gələnlərin sayında 3,4 faiz, Türkiyədən gələnlərin sayında 20,2 faiz, Hindistandan gələnlərin sayında 5,9 faiz, Ermənistandan gələnlərin sayında isə 5 faiz azalma qeydə alınıb. Rusiya, Ukrayna, İsrail, Qazaxıstan, Filippin, Almaniya, ABŞ, Səudiyyə Ərəbistanı və Polşadan gələnlərin sayında isə artım müşahidə olunub. Ümumiyyətlə isə yanvar ayında ölkəmizə turist kimi 305 min 939 nəfər səfər edib. Mənbə: Azərtac

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989