Haqqımızda Reklam
10 
Fev
2019
14:43
4
1
632

Marneuli Milli İntellekt-Çempionatına ev sahibliyi edib (FOTO)

Marneuli, Gürcüstan milli intellekt-çempionatını qəbul edib. 24News.ge xəbər verir ki, yarış bacarıqlı gənclərin iştirakı ilə şəhərin səkkiz saylı ictimai məktəbində təşkil olunub. Çempionatda layihənin müəllifi Qoça Tğeşelaşvili aparıcılıq edib. Tədbirdə Marneuli bələdiyyəsinin mer səlahiyyətlərinin icraçısı Zaur Tabatadze, Meriyanın əməkdaşları, Təhsil Ehtiyat Mərkzinin direktoru Knan Ömərov, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Yarışın qalibi Marneuli 4 saylı ictimai məktəbinin şagirdi Aysel Əhmədova olub. Ona “Marneulinin Etallon Şagirdi” status verilib. Aysel Gürcüstanın milli intellect çempionatının finalında iştirak edəcək. İntellekt yarışı başlayanadək Qoça Tğeşelaşvili “2017-2018 tədris ilinin Marneulili Etallon Şagirdi”, Milena Adamianı qalibiyyəti münasibəti ilə birdaha təbrik edərək Qızıl Fondunun Üzvlüyünü təsdiqləyən diplomu ona təqdim edib. Milenanın doğma məktəbi Şaumyan 1 saylı məktəbə isə “Etallon Şagird” yetişdirdiyinə görə diplom təqdim edib. Qeyd etmək lazımdır ki, tədbirdə təhsilə dəstək, inovasiyalarda həmrəyilik və bu çempionata xüsusi ilə fərqli həvəs göstərildiyinə görə Marneuliyə “Yüksək Keyfiyyətli Bələdiyyə” adı verilib. Qeyd edək ki, 2018-2019 tədris ili üzrə “Etallon” yarışları Gürcüstanın hər bir şəhər və bələdiyyəsində təşkil olunacaq və ölkənin hər güşəsindən “Etallon Şagirdlər” seçiləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989